WUF13-ün milli koordinatoru: "Bakı Şəhərsalma mükafatı” həll yollarının miqyasının genişləndirilməsinə xidmət edəcək
20.05.2026 [15:57]
Xəbərin mətni
Biz 3 milyarddan çox insanın layiqli və əlverişli mənzillə təmin olunmadığı və bu rəqəmin artmaqda davam etdiyi bir dövrdə bir araya gəlmişik. “Bakı Şəhərsalma Mükafatı” məhz bu boşluğu doldurmaq üçün yaradılıb. Biz bunun qətiyyətlə bir irs layihəsi olduğuna inanırıq. Bu sözləri WUF13-də "Bakı Şəhərsalma mükafatı”: Mənzil həllərini qlobal təsir üçün genişləndirmə" adlı tədbirdə WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev söyləyib.