Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çinli mütəxəssis: Azərbaycan Şərqlə-Qərb arasında şəhərsalma körpüsü rolunu oynayır

20.05.2026 [15:58]

Xəbərin mətni

Azərbaycan Şərqlə-Qərb arasında yerləşdiyi üçün hər iki tərəfin şəhərsalma təcrübələrini birləşdirmək və paylaşmaq baxımından unikal imkanlara malikdir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Çinin Şençjen şəhərində yerləşən “Şençjen Şəhərsalma və Dizayn İnstitutu”un nümayəndəsi Simon Siyan deyib.