İsmayıl Seragəldin: Artıq mikroplastiklərin balıqlar vasitəsilə insan orqanizminə keçdiyini müşahidə edirik
20.05.2026 [16:06]
Biz hər il 400 milyon ton plastik istehsal edirik və gözlənilir ki, bu rəqəm 2060-cı ilə qədər üç dəfə artsın. Təkcə bu fakt özü kifayət qədər qorxuludur. Həmin plastik tullantıların təxminən 40 faizi birbaşa qablaşdırma ilə bağlıdır. İndiyədək plastikin cəmi 9 faizi təkrar emal olunub, yəni 90 faizdən çoxu emal edilmir. Onun təxminən 80 faizi zibilxanalara və su hövzələrinə düşür, təxminən 10 faizi isə yandırılır. Bu vəziyyət xüsusilə su və dəniz ekosistemləri üçün son dərəcə dağıdıcıdır. Bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Plastik çirklənmə ilə mübarizə: yaşamaq üçün uyğun şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" mövzusunda keçirilən tədbirdə deyib.