Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nigar Arpadarai: Şəhər inkişafında media obyektiv və sürətli informasiya mübadiləsində mühüm rol oynayır

20.05.2026 [16:18]

Xəbərin mətni

Şəhərlər hər zaman iqtisadi tərəqqinin göstəriciləri olub. Təbii ki, burada media xüsusi vasitəçi rolunu oynayır. Yəni biz bərabər, sürətli informasiya mübadiləsi aparmalıyıq. Bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzil və şəhər dayanıqlılığı üzrə ictimai müzakirənin formalaşmasında medianın rolu” mövzulu tədbirdə COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai deyib.