Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəfəq Mehrəliyeva: Qlobal təşəbbüslərin cəmiyyətə çatdırılmasında medianın peşəkarlığı xüsusi əhəmiyyət daşıyır

20.05.2026 [16:20]

Xəbərin mətni

WUF13 kimi beynəlxalq platformalar şəhərsalma, dayanıqlı inkişaf və urbanizasiya məsələlərinin ictimai müzakirəsində mühüm rol oynayır. Bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun formalaşmasında medianın rolu” mövzusunda tədbirdə Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, ADA Universitetinin müəllimi Şəfəq Mehrəliyeva deyib.