Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nigeriyalı iştirakçı: WUF13 yerli icmaların problemlərinin geniş auditoriyaya çatdırılması baxımından mühüm platformadır

20.05.2026 [16:26]

Xəbərin mətni

Milyonlarla insan qeyri-rəsmi yaşayış məskənlərində, möhkəm və dayanıqlı olmayan infrastruktur şəraitində ömür sürməyə məcbur olur. Məhz buna görə də qlobal media bizim üçün mühüm bir çıxış yolu və xilasedici vasitə rolunu oynayır. Media bu həssas cəmiyyət təbəqələrinin real həyat şəraiti barədə düzgün və obyektiv məlumatları dünya ictimaiyyətinə çatdırmaq gücünə malikdir. Bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun formalaşmasında medianın rolu” mövzulu tədbirdə – Nigeriyanın Beynəlxalq İqlim Dəyişikliyi İnkişaf Təşəbbüsünün həmtəsisçisi Olumide İdovu Emmanuel deyib.