Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rasim Bağırov: Dayanıqlı şəhərsalma siyasətində media strateji platforma rolunu oynayır

20.05.2026 [16:27]

Xəbərin mətni

Bu mövzu müasir cəmiyyətin gələcək inkişaf vektorunu təyin edən əsas amillərdən biridir. Eyni zamanda, dünyada baş verən demoqrafik artım fonunda, çevik şəhərsalma siyasətinin yürüdülməsini və bu istiqamətdə qlobal dialoqun qurulmasını zəruri edir. Bu proseslərdə medianın rolu xüsusi əhəmiyyət kəsb edir. Bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzil və şəhər dayanıqlılığı üzrə ictimai müzakirənin formalaşmasında medianın rolu” mövzusunda tədbirdə Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov deyib.