Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ayaz Mirzəyev: Media şəhərsalma və mənzil problemlərini işıqlandırmaqla ictimai məsuliyyətin artmasına töhfə verir

20.05.2026 [16:36]

Xəbərin mətni

Media insanların həyat tərzini müsbətə doğru dəyişdirə biləcək və onların bu çağırışlara qarşı fərdi və kollektiv münasibətini formalaşdıracaq ən təsirli amildir. Eyni zamanda, əhalinin əlçatan və dayanıqlı mənzillərlə təmin olunması müasir şəhərlərin gələcəyi üçün təməl şərtdir. İnsanların çoxşaxəli sosial-iqtisadi problemlərlə qarşılaşdığı belə bir dövrdə medianın üzərinə çox böyük məsuliyyət düşür. Bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun formalaşmasında medianın rolu” mövzulu tədbirdə “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev deyib.