Perunun İctimai Siyasət və Diplomatiya İnstitutunun direktoru: Media təşviq etmək və stimullaşdırmaq üçün vacib aktordur
20.05.2026 [17:03]
Xəbərin mətni
Media təşviq etmək və stimullaşdırmaq üçün vacib aktordur. Çalışmaq lazımdır ki, düzgün informasiyaları artıraq, maarifləndirməni genişləndirək. Bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzil və şəhər dayanıqlılığı üzrə ictimai diskursun formalaşmasında medianın rolu” mövzulu tədbirdə “Ikua4change” təşkilatının həmtəsisçisi, Perunun İctimai Siyasət və Diplomatiya İnstitutunun direktoru Blanca Mujica Acuna Judith deyib.