Azərbaycan Dövlət İnformasiya Agentliyi

Britaniyalı memar: “Bakı Şəhərsalma Mükafatı”nın münsiflər heyətinə dəvət olunmaqdan şərəf duyuram

20.05.2026 [17:55]

Xəbərin mətni

Dayanıqlı inkişaf və mənzil təminatına dair çağırışlar birbaşa şəhərlərlə bağlıdır. Belə ki, qlobal ümumi daxili məhsulun təxminən 80 faizi şəhərlərdə formalaşır, eyni zamanda, qlobal istixana qazı emissiyalarının 70 faizi də məhz şəhərlərin payına düşür. Bundan başqa, növbəti 25 ildə dünyada gözlənilən 1,5 milyard nəfərlik əhali artımının böyük hissəsi məhz şəhərlərin payına düşəcək. Bu baxımdan, iqlim dəyişikliyi və bərabərsizlik kimi qlobal problemlərin həlli birbaşa şəhərlərdə tətbiq olunacaq siyasətdən asılıdır. Bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Bakı Şəhərsalma Mükafatı: Mənzil həllərini qlobal təsir üçün genişləndirmə" adlı tədbirə ünvanladığı videomüraciətində tanınmış britaniyalı memar Norman Foster söyləyib.