Hindistanlı nümayəndə: Şəhərsalma yaşıl və ictimai məkanların azalmasına səbəb olur
20.05.2026 [17:57]
Xəbərin mətni
Şəhərlərdə ictimai və yaşıl məkanların rolu çox vacibdir. Sürətli urbanizasiya ilə bu məkanların getdikcə azaldığını görürük. Halbuki onlar əvvəllər şəhər həyatının bir hissəsi idi və müxtəlif mədəniyyətlərdən olan insanların bir araya gəlib bayramlarını qeyd etdiyi, ünsiyyət qurduğu ortaq məkanlar rolunu oynayırdı. Bunu AZƏRTAC-a açıqlamasında Hindistanın vətəndaş cəmiyyəti şəbəkəsi və qeyri-hökumət təşkilatının üzvü Ayşvara Gupta deyib.