Azərbaycan Dövlət İnformasiya Agentliyi

UNEP rəsmisi: WUF13-də iqlim dəyişikliklərinə hazırlıq və qlobal həll yolları diqqət çəkir

20.05.2026 [17:59]

Xəbərin mətni

WUF13, doğrudan da, çox heyranedici tədbirdir. Düzü, Ümumdünya Şəhərsalma Forumunda ilk dəfə iştirak edirəm, lakin təşkilatçılıq səviyyəsi və bu qədər maraqlı tədbirlərin keçirilməsi məni çox təsirləndirdi. Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı, BMT Ətraf Mühit Proqramının (UNEP) Nyu-Yorkdakı ofisinin nümayəndəsi Matti Lehtonen deyib.