Hamed Alqaseer: Bəhreyn və Azərbaycan arasında şəhərsalma sahəsində əməkdaşlığın inkişafını müsbət qiymətləndirirəm
20.05.2026 [18:08]
Xəbərin mətni
Bakıda İçərişəhəri ziyarət etdik və bu təcrübə çox dəyərli oldu. Şəhərin tarixi mühiti bizim inkişaf etdirməyə çalışdığımız şəhər modelləri üçün də ilhamvericidi. Biz də “mərhələli şəhər inkişafı” konsepsiyası üzərində işləyirik və burada gördüyümüz təcrübələrdən həm ticarət, həm təhsil, həm də mədəni və dini aspektlərdə faydalanırıq. Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Bəhreyn Mənzil və Şəhərsalma Nazirliyində köməkçi menecer Hamed Alqaseer deyib.