Antonio Kampaqnoli: Azərbaycan dayanıqlı şəhərsalma üzrə qlobal gündəlikdə körpü rolunu oynaya bilər
20.05.2026 [18:33]
Xəbərin mətni
Azərbaycan dayanıqlı şəhərsalma üzrə qlobal gündəlikdə müxtəlif regionlar, təcrübələr və inkişaf modelləri arasında körpü rolunu oynaya bilər. Bunu AZƏRTAC-a məxsusi müsahibəsində İtaliya Beynəlxalq Daşınmaz Əmlak Federasiyasının prezidenti Antonio Kampaqnoli bildirib.