Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şirkət rəhbəri: WUF13 kimi tədbirlər ölkədə yeni böyük layihələrin başlanmasına stimul verir

20.05.2026 [18:35]

Xəbərin mətni

Azərbaycan artıq investorlar üçün çox böyük platformaya çevrilib. Bu gün “Sea Breeze”, “Ağ Şəhər” kimi iri layihələr həyata keçirilir. WUF13 kimi beynəlxalq tədbirlər isə ölkədə yeni böyük layihələrin başlanmasına stimul verir. Təbii ki, biz də şirkət olaraq dövlətlə birlikdə “Ağ Şəhər” kimi layihələrin davam etdirilməsinə öz töhfəmizi verməyə çalışırıq. Bu barədə jurnalistlərə açıqlamasında “AS Group Investment” MMC-nin təsisçisi Şahin Mövsümov bildirib.