UNIDO nümayəndəsi: Azərbaycan cəmiyyətlərin gələcəyinə yönələn prinsiplərlə çıxış edir
20.05.2026 [18:43]
Xəbərin mətni
Azərbaycan artıq bir neçə ildir ki, innovasiyalar sahəsində, həmçinin dünyanın gələcəkdə necə görünməli olduğu barədə öz səsini çox fəal şəkildə ucaldır. Biz Azərbaycanın bir neçə il əvvəl COP29-a hazırlıq çərçivəsində nümayiş etdirdiyi liderliyi və ondan sonra COP30-a hazırlığa dəstək məqsədilə görülən bütün işləri unutmamalıyıq. Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçısı, BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) şöbə rəhbəri Riccardo Savigliano deyib.