Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özbəkistan nümayəndəsi: WUF13 urbanizasiya sahəsində təcrübə mübadiləsinə şərait yaradır

20.05.2026 [18:51]

Xəbərin mətni

Özbəkistan Milli Urbanizasiya Komitəsinin nümayəndəsi Əziz Arkabayev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində AZƏRTAC-a müsahibəsində WUF13 və oxşar beynəlxalq tədbirlərin əməkdaşlığın inkişafında və təcrübə mübadiləsində mühüm rol oynadığını qeyd edib. O, bu qəbildən olan platformaların insanları və ölkələri bir araya gətirdiyini, həmçinin iştirakçılara dünyanın müxtəlif bölgələrindəki mövcud vəziyyətlər haqqında məlumat əldə etməyə imkan verdiyini bildirib.