Azərbaycan Dövlət İnformasiya Agentliyi

Uqandalı mütəxəssis: WUF13 gələcəyin şəhərləri üçün vacib təşəbbüsdür

20.05.2026 [19:57]

Xəbərin mətni

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) müxtəlif təcrübələrin, biliklərin və innovativ yanaşmaların bir araya gətirildiyi mühüm platformaya çevrilib. Burada təqdim olunan təcrübələr və ideyalar iştirakçılar üçün yeni imkanlar açır, şəhərlərin inkişafı istiqamətində ortaq baxışın formalaşmasına töhfə verir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Uqandadan olan fiziki planlaşdırma üzrə mütəxəssis Ann Achom deyib.