Rayne Ferretti: Şəhərlərin planlaşdırılması zamanı təbiət amilinin nəzərə alınması dayanıqlı inkişaf üçün əsas şərtlərdəndir
20.05.2026 [20:17]
Xəbərin mətni
Su mərkəzli urban planlaşdırma artıq müasir şəhərsalmanın əsas tələblərindən birinə çevrilib. AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Braziliya üzrə rəhbəri Rayne Ferretti Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan "Su mərkəzli ərazi inkişafı üzrə Azərbaycan, Kolumbiya və Latın Amerikası təcrübəsi" adlı müzakirələrdə çıxışı zamanı bildirib.