Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cəbrayıl rayonuna qayıdan keçmiş məcburi köçkün: Bu günlər qürurverici və unudulmazdır

21.05.2026 [09:32]

Xəbərin mətni

Doğma yurda qayıdış hər bir insan üçün unudulmaz hissdir. Xüsusilə də uşaqlıq və məktəb illərinin keçdiyi kəndə yenidən dönmək, həmin torpaqda çalışmaq insan üçün böyük məna daşıyır. Bu sözləri AZƏRTAC-a müsahibəsində Şükürbəyli kəndinə yola salınan keçmiş məcburi köçkün Zərifə Məmmədova söyləyib.