Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaqatala qızılgülünün dünyaya yayılan ətri - Azərbaycanın efir yağları xarici bazarlarda

25.05.2026 [14:24]

Xəbərin mətni

Azərbaycanın qədim qızılgüllər diyarı olan Zaqatala rayonu aqrar potensialını yenidən bərpa edir. 2016-cı ildə fəaliyyətə başlayan “Ləcheq Farm and Distillery” MMC artıq 10 ildir ki, bölgədə qızılgül plantasiyalarını yenidən salaraq, istehsal etdiyi məhsulları dünya bazarlarına çıxarır. Yüksək əlavə dəyər yaradan və tam yerli xammala əsaslanan parfümeriya xammalı, ölkəyə xarici valyuta axınını təmin edir.