Professor Nadir Məmmədli: Dilçiliyin süni intellektlə uzlaşdırılması mühüm prosesdir
25.05.2026 [14:31]
Xəbərin mətni
Etimoloji lüğətimizin hələ də olmaması ciddi bir problem kimi qalır. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli “Ana dili: kimlik və gələcək” mövzusunda gənclərin iştirakı ilə keçirilən respublika konfransında deyib. Direktor bildirib ki, funksional və praktik dilçilik hələ tam inkişaf etməyib: “Biz daha çox praktik dilin inkişafına üstünlük verməliyik və bu istiqamətdə artıq müəyyən işlərə başlanılıb.