Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq

25.05.2026 [16:00]

Xəbərin mətni

Mayın 27-28-də ölkəmizdə müqəddəs Qurban bayramı qeyd olunacaq. Bayrama hazırlıq işləri artıq başa çatıb. Bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Qurban bayramına həsr olunmuş brifinqdə deyib.