Azərbaycan Dövlət İnformasiya Agentliyi

Agentliyin şöbə müdiri: Heyvan kəsimi qaydalarına əməl etmək lazımdır

25.05.2026 [16:02]

Xəbərin mətni

Uzun müddətdir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təşəbbüsü ilə "Erkən kəsimə son" adlı təbliğat kampaniyası həyata keçirilir. Bu kampaniyanın aparılmasında məqsəd kiçik yaşda heyvanların kəsilərək sürüdən, naxırdan kənarlaşdırılmasının qarşısını almaqdır. Çünki bu vəziyyət mövcud olan heyvanların genofondunun azalmasına, damazlıq heyvanların sayının azalmasına gətirib çıxarır. Bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Qurban bayramına həsr olunmuş brifinqdə bildirib.