Ağdam sakini: Ömrümüzün ən xoş, ən yaddaqalan günü məhz bu gündür
26.05.2026 [10:51]
Xəbərin mətni
Bu gün mənim bütün qohum-əqrəbam, bütün ağdamlılar yenidən doğma yurduna qayıdır. Sevincimizin həddi-hüdudu yoxdur. Bugünkü gündə biz elə bir xoşbəxtlik yaşayırıq ki, mən o hissləri sizə necə başa salacağımı bilmirəm; bunu heç nə ilə ölçmək olmaz. Əmimin, bibimin, xalamın ailəsi və biz özümüz – hamımız birlikdə Ağdama qayıdırıq. Ömrümüzün ən xoş, ən yaddaqalan günü məhz bu gündür. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ağdamdan olan keçmiş məcburi köçkün Rəşad Əliyev deyib.