Azərbaycan Dövlət İnformasiya Agentliyi

Komitə sədri: Dövlətimiz gender bərabərliyini sosial siyasətin tərkib hissəsi kimi qəbul edir

26.05.2026 [14:18]

Xəbərin mətni

Dövlətimiz gender bərabərliyini sosial siyasətin və ümumi inkişaf strategiyasının tərkib hissəsi kimi qəbul edir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin plenar iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı” təqdim edərkən deyib.