Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bahar Muradova: Genderəsaslı risklərin azaldılmasında preventiv mexanizmlər səmərəli nəticə verir

26.05.2026 [16:32]

Xəbərin mətni

Genderəsaslı və sosial risk göstəricilərində müşahidə olunan dinamika göstərir ki, dövlətin tətbiq etdiyi profilaktik və preventiv mexanizmlər daha səmərəli nəticə verir. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin plenar iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı” təqdim edərkən deyib.