Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Sea Breeze”də 50 min tamaşaçı tutumu olan “Dream Arena”nın tikintisi planlaşdırılır

26.05.2026 [21:47]

Xəbərin mətni

“Sea Breeze” kurort kompleksinin inkişafı çərçivəsində yeni konsert məkanı olan “Dream Arena”nın tikintisi planlaşdırılır. Bu məkan gündə 50 minə qədər tamaşaçı qəbul etmək üçün nəzərdə tutulub. AZƏRTAC xəbər verir ki, “Sea Breeze”in təsisçisi Emin Ağalarov bu barədə “Dream Fest” festivalına həsr olunmuş brifinqdə bildirib.