Azərbaycan Dövlət İnformasiya Agentliyi

Allahşükür Paşazadə: Dua edirik ki, dövlətimiz, dövlətçiliyimiz əbədi olsun

27.05.2026 [11:05]

Xəbərin mətni

Bu, ümumdünya bayramıdır, bütün dünyada müsəlmanlar bu günü bayram edirlər. Qurban kəsirlər, Kəbə evini təvaf edirlər, dualar edirlər. Məqsəd odur ki, dünyada müharibə, insan qırğınları, ölüm-itim olmasın. Biz bunun üçün dua edirik və edəcəyik. Sabah isə Müstəqillik Günüdür. Fəxrlə izləyirəm ki, nə qədər ölkənin dövlət rəhbərləri bizim ölkə başçısını təbrik edirlər. Dövlətimizin imzası dünya dövlətləri içərisindədir. Dövlət rəhbərinin sözü qəbul olunur. Biz dua edirik ki, dövlətimiz, dövlətçiliyimiz əbədi olsun, ərazi bütövlüyümüz, müstəqilliyimiz uğrunda şəhid olanlara rəhmət, qazilərə şəfa arzulayırıq. Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.