QMİ sədri: Bu il Həcc zəvvarları çox rahat şəkildə bütün ziyarətləri ediblər
27.05.2026 [11:07]
Xəbərin mətni
Bu il Həcc zəvvarları çox rahat şəkildə bütün ziyarətləri ediblər. Həmişə bizim zəvvarlar hansısa çətinlik və xəstəliklə üzləşirdilər. Bu dəfə ciddi xəstəlik qeydə alınmayıb. Onlar çox sevinirlər ki, Həcc ziyarətini uğurla yerinə yetiriblər. Bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.