Lənkəranda hotel işçilərinə qarşı quldurluq edən şəxs saxlanılıb
27.05.2026 [12:31]
Xəbərin mətni
Lənkəran rayonunda yerləşən hotellərin birində çalışan iki qadına naməlum şəxs kəsici alətlə xəsarət yetirərək zərərçəkənlərin qızıl-zinət əşyalarını ələ keçirib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin hotelin inzibatçısı, 49 yaşlı Xalıq Cahangirov müəyyən edilərək saxlanılıb.