Azərbaycan Dövlət İnformasiya Agentliyi

Fransada Azərbaycan Xalq Cümhuriyyəti qurucularının məzarları ziyarət edilib

27.05.2026 [13:21]

Xəbərin mətni

28 May – Müstəqillik Günü münasibətilə Fransada Azərbaycan səfirliyinin və UNESCO yanında Daimi Nümayəndəliyin diplomatları, eləcə də bu ölkədə yaşayan disapor üzvləri Paris Sülh Konfransına qatılmış, lakin sonradan Vətənə qayıda bilməyən Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini yad edərək, onların Parisin ətrafındakı məzarlarını ziyarət ediblər.