Laçında qurbanlıq heyvanların kəsilməsi baytarlıq nəzarəti altında təşkil olunub
27.05.2026 [20:42]
Xəbərin mətni
Qurban bayramı münasibətilə mayın 27-də Laçın şəhərindəki Zerti Aqro-Sənaye Parkında fəaliyyət göstərən kəsim məntəqəsində qurbanlıq heyvanların kəsimi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə razılaşdırılmış qaydada, baytarlıq nəzarəti altında həyata keçirilib.