Azərbaycan Dövlət İnformasiya Agentliyi

BDYPİ-nin nümayəndəsi: Avtomobillərin utilizasiyası yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsinə töhfə verir

19.06.2026 [15:42]

Xəbərin mətni

Utilizasiya proqramı köhnə və texniki cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması yolu ilə həm yol hərəkəti təhlükəsizliyinin yüksəldilməsinə, həm də ətraf mühitə atılan zərərli tullantıların azaldılmasına mühüm töhfə verir. Bunu Abşeron rayonu ərazisində yerləşən nəqliyyat vasitələrinin utilizasiyası məntəqəsinə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Avtotexniki müfəttişlik şöbəsinin dövlət avtomobil müfəttişi Aslan Hacıyev deyib.