Utilizasiya proqramı çərçivəsində Naxçıvan Avtomobil Zavodunun istehsalı olan avtomobillərin də satışı həyata keçiriləcək
19.06.2026 [15:52]
Xəbərin mətni
Nəqliyyat vasitələrinin utilizasiyası proqramı çərçivəsində satışı həyata keçirilən maşınların marka və modelləri açıqlanıb. Bunu "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin Nəqliyyat vasitələrinin utilizasiyası şöbəsinin müdiri Mirzə Laçınov Abşeron rayonu ərazisində yerləşən nəqliyyat vasitələrinin utilizasiyası məntəqəsinə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.