Azərbaycanda utilizasiyaya verilən avtomobillərin sayı açıqlanıb
19.06.2026 [16:01]
Xəbərin mətni
Ölkəmizdə 2024-cü ildə 1966, 2025-ci ildə 19 min 840, 2026-cı ilin ötən dövründə isə 13 min 330 nəqliyyat vasitəsi utilizasiya üçün təhvil verilib. Bu barədə Abşeron rayonu ərazisində yerləşən nəqliyyat vasitələrinin utilizasiyası məntəqəsinə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin Avtotexniki müfəttişlik şöbəsinin dövlət avtomobil müfəttişi Aslan Hacıyev məlumat verib.