Azərbaycan Dövlət İnformasiya Agentliyi

Niyazi adına Dövlət Simfonik Orkestrinin Ağdamda qastrol konserti olub

20.06.2026 [21:32]

Xəbərin mətni

Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestrinin Ağdam Muğam Mərkəzində qastrol konserti olub. Konsert Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən, ölkənin aparıcı bədii kollektivlərinin Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı çərçivəsində reallaşıb.