İcma sədri: Qərbi Azərbaycan həqiqətlərinin təbliği bölgələrdə daha da genişlənir
22.06.2026 [16:06]
Xəbərin mətni
Qərbi Azərbaycan İcması yarandığı dövrdən Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı müxtəlif tədbirlər, elmi konfranslar, simpoziumlar keçirilib. Son dövrlər bu cür tədbirlərin regionlarda keçirilməsi geniş vüsət alıb. Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz ƏIəkbərli deyib.