Azərbaycan Dövlət İnformasiya Agentliyi

İlhamə Qədimova: Qoyun əti üzrə ixracın 2,9 min tona çatdırılması nəzərdə tutulur

23.06.2026 [15:31]

Xəbərin mətni

Qoyunçuluğun inkişafı, ixrac imkanlarının genişləndirilməsi və örüş sahələrinin bərpası Dövlət Proqramında xüsusi yer tutur. Bu sözləri Saatlı rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ına həsr olunan regional müşavirədə çıxışı zamanı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.