Xidmət rəhbəri: Qızılarx və Boztəpə kanallarının yenidən qurulması başa çatdırılıb
23.06.2026 [18:18]
Xəbərin mətni
Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədilə Mil-Muğan bölgəsində mühüm layihələr həyata keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin sədri Zakir Quliyev Saatlı rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə keçirilən müşavirədə bildirib.