Xəyyam Məmmədov: Əlimizdə olan mövcud resurslardan səmərəli və rasional şəkildə istifadə etməliyik
23.06.2026 [18:33]
Xəbərin mətni
Bizim əsas məqsədimiz, hədəfimiz, prioritetimiz ondan ibarətdir ki, aqrar sektoru, kənd təsərrüfatını dayanıqlı və davamlı model üzərindən quraq. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədrinin birinci müavini Xəyyam Məmmədov jurnalistlərə açıqlaması zamanı deyib.