Şirkət rəhbəri: Məqsədimiz regionun fermerlərini yüksəkkeyfiyyətli toxumla tam təmin etməkdir
23.06.2026 [19:20]
Xəbərin mətni
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən davamlı aqrar siyasət bilavasitə kənd təsərrüfatının yeni mərhələyə qədəm qoymasına, ölkə daxilində ərzaq təhlükəsizliyini möhkəmləndirilməsinə xidmət edir. “Tam Agro” şirkəti olaraq məqsədimiz əkin sahələrində yüksək məhsuldarlığa nail olmaq, regionumuzun fermerlərini yüksəkkeyfiyyətli toxumla tam təmin etməkdir. Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlaması zamanı Qaxda keçirilən regional müşavirədə iştirak edən “Tam Agro” MMC-nin rəhbəri, Qax rayonundan olan fermer Tamerlan Musayev deyib.