Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir

23.06.2026 [21:57]

Xəbərin mətni

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın tanıdılması məqsədilə növbəti regional müşavirə Saatlı rayonunda keçirilib. Tədbirdə Mil-Muğan iqtisadi rayonu üzrə aqrar sahənin aktual məsələləri müzakirə olunub, Dövlət Proqramında nəzərdə tutulan hədəflər və onların icra mexanizmləri barədə ətraflı məlumat verilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Saatlı rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə keçirilən müşavirədən sonra jurnalistlərə müsahibəsində bildirib.