Məcnun Məmmədov: Torpaq konsolidasiyası fermerlərin xərclərini azaldacaq və torpaqların dəyərini artıracaq
24.06.2026 [17:17]
Xəbərin mətni
Azərbaycanda torpaq konsolidasiyası üzrə pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bu fikirləri kənd təsərrüfatı naziri Məcnun Məmmədov Sabirabad rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı keçirilən regional müşavirədən sonra jurnalistlərə açıqlaması zamanı deyib.