Sertifikatlı toxumlardan istifadə genişləndirilir
24.06.2026 [20:32]
Xəbərin mətni
İsmayıllı rayonunda fəaliyyətə başlayan İvanovka Aqroparkında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə “Toxumçuluğun inkişafında sertifikatlaşmanın əhəmiyyəti” mövzusunda sahə günü keçirilib. Dövlət–özəl sektor əməkdaşlığı çərçivəsində təşkil olunan tədbirdə media nümayəndələri, fermerlər, yerli seleksiyaçılar, toxum istehsalçıları və aqrar sahə üzrə mütəxəssislər iştirak ediblər.