Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Keşikçidağ” və “Süleyman-Too” arasında elmi-mədəni sahədə onlayn görüş keçirilib

24.06.2026 [21:52]

Xəbərin mətni

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxeologiya və Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu ilə Qırğızıstan Respublikasının “Süleyman-Too” Milli Tarix-Arxeologiya Muzey Kompleksi arasında elmi və mədəni əməkdaşlıq əlaqələrinin qurulmasına həsr olunmuş onlayn görüş keçirilib.