Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşaya yola düşən Zaur Xanəliyev: Bundan sonra övladlarımızı doğma torpaqlarımızda böyüdəcəyik

25.06.2026 [10:14]

Xəbərin mətni

1992-ci ildə Şuşadan məcburi köçkün düşmüşük. Həmin vaxt dörd qardaş idik. Mənim isə cəmi beş yaşım var idi. Bu gün doğma torpağımıza qayıtdığımız üçün sevincimizin həddi-hüdudu yoxdur. Bu fikirləri AZƏRTAC-a müsahibəsində Şuşa şəhərinə yola düşən keçmiş məcburi köçkün Zaur Xanəliyev deyib.