Aşura günü ilə əlaqədar Şuşada könüllü qanvermə aksiyası təşkil olunub
25.06.2026 [15:23]
Xəbərin mətni
Aşura günü münasibətilə Şuşa şəhərində könüllü qanvermə aksiyası keçirilib. Yuxarı Gövhər Ağa məscidində təşkil edilən aksiyada doğma yurda qayıdan şuşalılar, şəhərdə fəaliyyət göstərən qurumların əməkdaşları, həmçinin şəhərin qonaqları iştirak ediblər.