Ədalət Həsənov: 454 şəxsə məxsus sümüklərin qalıqları üzərində həyati xəsarətlər aşkar edilib
30.06.2026 [15:02]
Xəbərin mətni
Laboratoriyalarda müayinələrdən keçən sümüklər əsasında məhkəmə-tibbi ekspertləri tərəfindən indiyədək 454 şəxsə məxsus sümüklərin qalıqları üzərində küt və çapıcı alətlərlə, güllə və qəlpə yaralanmaları ilə və.s müxtəlif həyati xəsarətlər aşkar edilib. Bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, professor Ədalət Həsənov Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən bildirib.