İctimai Birlik sədri: ICMP-nin təşəbbüsləri və Dövlət Komissiyası ilə əməkdaşlığı itkin ailələrinin ümidlərini artırır
30.06.2026 [15:07]
Xəbərin mətni
İtkin düşmüş vətəndaşlarımızın ailə üzvlərinin təşəbbüsü ilə 2023-cü ildə "Qarabağ İtkin Ailələri” İctimai Birliyi təsis edilib və Ədliyyə Nazirliyi tərəfindən müvafiq qeydiyyata alınıb. Bu birlik Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düsmüs, əsir-girov götürülmüs şəxslərin və onların ailələrinin hüquqlarının müdafiəsini qarşısına əsas məqsəd kimi qoyub Bunu "Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri Könül Behbudova iyunun 30-da Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.